2015-ci ilin I rübündə Azərbaycana buğda idxalı 495,6 min ton təşkil edib, bu isə 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,9 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, ümumilikdə respublikaya $117 mln. 217,6 min dəyərində buğda idxal olunub (artım 69%).
Hesabat dövrü ərzində Azərbaycana $24 mln. 475,7 min məbləğində 49,9 min ton xam şəkər və qənd (idxal həcmi 46,8% azalıb), $16 mln. 860,9 min məbləğində 27,1 min ton bitki yağı (azalma 13,6%), $3 mln. 178,7 min məbləğində 1 min 420,7 ton çay (azalma 32%), $7 mln. 662 min məbləğində 3,289 min ton kərə yağı, digər yağlar və süd pastası (artım 2 dəfə) idxal edilib.
2015-ci ilin yanvar-mart aylarında ölkəyə $12 mln. 704,7 min məbləğində 23 min 895,7 ton təzə meyvə (artım 7,4 dəfə), $2 mln. 710,2 min məbləğində 10 min 261,8 ton təzə tərəvəz (azalma 4,8%), $4 mln. 317,1 min məbləğində 50 min 975,3 ton kartof (artım 45,9%) idxal edilib.
O cümlədən hesabat dövründə Azərbaycana $3 mln. 125,5 min məbləğində 1 min 491,9 min ton iri buynuzlu heyvanın əti (artım 18,9%), $1 mln. 169,1 min məbləğində 1 min 391,7 ton quş əti və digər ət məhsulları (azalma 32,2%) idxal olunub.
N.Abbasova