Riqa sammitinin iştirakçıları “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin suverenliyi və ərazi bütövlüyünü təsdiq ediblər.
“Bu bəyannamədə biz Aİ-nin “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin suverenliyi və ərazi bütövlüyünə tərəfdar olduğunu təsdiq etdik”, - deyə Latviyanın baş naziri Laymdota Strauyuma cümə günü sammitin yekunları üzrə bildirib.
“Şərq Tərəfdaşlığı” təşəbbüsü altı ölkəni - Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan və Belarusu əhatə edir.