Avropa İttifaqı assosiasiya haqqında sazişlər imzalayan “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin Avropa seçimini və səylərini tanıyır. Bu barədə cümə günü Riqa sammitinin yekunlarına dair qəbul edilmiş bəyanatda deyilir.
“Sammit iştirakçıları assosiasiya haqqında sazişlərdə qeyd olunduğu kimi, maraqlı tərəfdaşların Avropa səyləri və seçimini tanıyırlar”, - deyə bəyanatda bildirilir.
Sammit iştirakçıları qəbul ediblər ki, demokratiya, insan hüquqları və əsas azadlıqlara hörmət, hüququn aliliyi assosiasiya haqqında sazişlərdə nəzərdə tutulduğu kimi, siyasi assosiasiya və iqtisadi inteqrasiyanın əsasını təşkil edir. “Onlar maraqlı tərəfdaşların həmin dəyərlərin reallaşdırılması və təşviqinə sadiqliyini tanıyırlar”, - deyə sənəddə deyilir.