“PAŞA Sığorta” şirkəti "BakuBus” MMC-nin avtobuslarını sığortalayıb. Bu barədə “BakuBus”dan məlumat verilib.
“PAŞA Sığorta” şirkəti "BakuBus” MMC-nin avtobuslarının sığortalanması üzrə tenderin qalibi olub”, - deyə məlumatda qeyd edilir.
"BakuBus" MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Məqsəd Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunmasıdır. “BakuBus" özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” 2006-cı ilin iyul ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. ASC 31 sığorta növü üzrə xidmət göstərir. 2012-2014-cü illərdə şirkət sığorta haqlarının və ödənişlərin həcminə görə Azərbaycanda sığorta şirkətləri arasında lider olub.
2015-ci ilin I rübü ərzində “PAŞA Sığorta” 29 mln. 195,603 min manat məbləğində sığorta haqqı toplayıb, 6 mln. 638,114 min manat məbləğində isə ödəniş həyata keçirib.
A.Axundov