Türkiyə Rusiyadan təhlükə gözləmir, NATO-ya üzv olması və Avropa İttifaqına (Aİ) daxil olmaq cəhdləri ikitərəfli əməkdaşlığa mənfi təsir göstərmir. Belə bəyanatla Türkiyənin Moskvadakı səfiri Ümit Yardım çıxış edib.
“Türkiyə NATO-ya üzv olan və Aİ-yə daxil olmağa can atan dövlətdir. Lakin bu elementlər bizim Rusiya ilə münasibətlərimizə hər hansı bir şəkildə mənfi təsir göstərmir”, - deyə Ü.Yardım “İnterfaks” agentliyinə müsahibəsində bildirib.
“Biz Rusiya ilə qarşılıqlı münasibətlərə böyük əhəmiyyət veririk”,- deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, “ölkələr arasında mövcud qarşılıqlı münasibətlərin indiki səviyyəsi Türkiyənin bəzi avropalı tərəfdaşları ilə əməkdaşlıqq səviyyəsindən yüksəkdir”.
“Biz (Türkiyə və Rusiya - İF) bir-birimizdən təhlükə gözləmirik və münasibətlərimizi sürətlə inkişaf etdirmək niyyətindəyik”,- deyə Ü.Yardım qeyd edib.
Müsahibənin tam mətni www.interfax.ru saytında dərc ediləcək.