Gürcüstan-Azərbaycan sərhədində, “Qırmızı körpü” nəzarət-keçid məntəqəsində üzərində 194,4 min saxta ABŞ dolları olan şəxs saxlanılıb. Bu barədə bazar ertəsi Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılan şəxs Gürcüstan vətəndaşıdır. Məlumatda qeyd olunur ki, ona qarşı saxta pul əldə etmə, saxlama və satma maddələri ilə ittiham irəli sürülüb.