Əfqanıstanın cənub-şərqində yerləşən Zabul vilayətində güclü partlayış nəticəsində 5 nəfər ölüb, 62 nəfər yaralanıb. Bu barədə bazar ertəsi “Associated Press” agentliyi məlumat verib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, terrorçu-kamikadze yerli administrasiyanın binası yaxınlığında partlayıcı doldurulmuş avtomobildə özünü partladıb.
Yaralılar arasında qadın və uşaqlar da var.
Yerli hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyini ehtimal edirlər.
“Taliban” qruplaşması terror aktına görə məsuyliyyəti öz üzərinə götürüb.