Antverpen şəhərinin meri Bart de Vever bildirib ki, onun ünvanına islamçılar tərəfndən təhdidlərlə dolu məktub daxil olub. Bu barədə Belçikanın “Suar” qəzeti yazır.
“Söhbət fransız dilində yazılmış məktubdan gedir, onlar əgər İslamı qəbul etməzsəm, mənə divan tutacaqları ilə təhdid edirlər”, - deyə mer Belçika KİV-lərinə bildirib.
“Bu, mənim planlarıma daxil deyil. Baxaq, görək bu təhdidlər nə dərəcədə ciddidir”,- deyə o əlavə edib.
Qeyd edək ki, bu ilin fevral ayında Belçika qəzetlərindən birinin redaksiyasına kral və digər aparıcı siyasətçilərə ünvanlanmış təhdid məktubu da daxil olmuşdu.