Cari ilin əvvəlindən Protez-Ortopedik Bərpa Mərkəzinin Gəncə filialı təxminən 490 əlili ədəd müxtəlif adda protez, ortez, korset, əlil arabaları və digər məhsullarla təmin edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Hazır məhsullardan 84-ü filialın daxili emalatxanasında hazırlanıb. Bunlar 74 ədəd aşağı ətraf protezləri, 10-u isə müxtəlif aparatlardır”,- deyə Protez Ortopedik Bərpa Mərkəzi Gəncə filialının direktoru Məzahir Mənsimov bildirib.
Bundan başqa, filialın əməkdaşları ətraf rayonlarda yaşayan əlillərə xidmət göstərirlər.
“Bu gün həmin regionda olan əlillərin demək olar ki, heç bir çətinlikləri yoxdur. Hər biri Almaniyadan, Rusiyadan və digər dövlətlərdən gətirilən avadanlıqlarla təmin olunurlar. Filial xaricdən gətirilən bir çox məhsulun daxili emalatxanada hazırlanmasını planlaşdırır”, – deyə filial rəhbəri qeyd edib.
Bu ilin Protez Ortopedik Bərpa Mərkəzinin Gəncə filialına 57 nəfər müraciət edib. Müraciət edənlərdən 38-i uşaq 19-u isə yuxarı yaş qrupundan olanlardır.
Filial Gəncə və ətraf 16 rayondan 500-dən çox əlil vətəndaşa xidmət göstərir.
F.Mehdiyev