Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen Makkormik Gəncədə icra başçısı Elmar Vəliyevlə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
E.Vəliyev qonağa şəhərin tarixi, sosial-iqtisadi inkişafı, milli dəyərləri barədə məlumat verib. O qeyd edib ki, Gəncənin tarixini daha dərindən öyrənmək üçün şəhərin iki ərazisində ABŞ və Fransadan olan arxeoloqların iştirakı ilə arxeoloji qazıntılar aparılır.
Öz növbəsində diplomat Gəncənin tarixi əhəmiyyətli şəhər olduğunu, dünya sivilizasiyasına saysız töhfələr verdiyini vurğulayıb. O, qazıntı işlərinə Böyük Britaniyadan olan mütəxəssislərin də cəlb olunmasının mümkünlüyünü qeyd edib.
Görüş zamanı bir sıra iqtisadi layihələrlə bağlı əməkdaşlıq imkanları da müzakirə olunub.
F.Mehdiyev