Bu gün Düşənbədə MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının 38-ci iclasında MDB ölkələrinin İŞİD terror təşkilatı tərəfindən mümkün terror və təhdidlərə qarşı mübarizə məsələləri müzakirə olunacaq.
“Müşavirədə terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlığın səmərəliliyinin artırılması, o cümlədən MDB ölkələrinə qarşı İŞİD təşkilatı tərəfindən potensial təhlükələrin qarşısının alınması məsələlərinə diqqət yetiriləcək”,- deyə “İnterfaks” agentliyinə Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilirb.
İclas zamanı MDB ölkələrinin 2014-2016-cı illərdə terrorizmə və ekstremizmin digər zorakılıq təzahürlərinə qarşı mübarizəyə dair əməkdaşlıq proqramının icrasının yekunları, eləcə də MDB Antiterror Mərkəzinin 2014-cü ildəki fəaliyyətinə dair hesabatın dinlənilməsi planlaşdırılır.