Hazırda respublikanın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün 379 fərdi ev tikilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumat görə, bu sözləri nazir Səlim Müslümov Cəlilabad rayonunda 5 cənub rayonunun sakinləri ilə görüş zamanı deyib.
“Hazırda respublikanın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün 379 fərdi ev tikilir. O cümlədən sakinlərini qəbul etdiyimiz Cəlilabad rayonunda bu təbəqələrdən olanlar üçün 2, Biləsuvar rayonunda 3, Neftçala rayonunda 10 fərdi ev tikilir. Salyan rayonunda isə 18 fərdi evin inşası işləri artıq tamamlanmaq üzrədir”, - deyə S.Müslümov Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan, Neftçala sakinləri ilə görüşdə söyləyib.
Onun sözlərinə görə, cari il ərzində bu 5 rayonda yeni fərdi evlərin tikintisinə başlanması da nəzərdə tutulur.
R. Babayev