Azərbaycan Polşa ilə münasibətlərə böyük əhəmiyyət verir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Polşanın yeni seçilmiş prezidenti Andjey Dudaya ünvanladığı təbrik teleqramında deyilir. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
“Biz Azərbaycan ilə Polşa arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik”, - deyə İ.Əliyevin məktubunda qeyd olunur.
O, həmkarına dövlət başçısı postunda qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.
F.İsazadə