“Bank Technique” bankın rəhbər əməkdaşlarının həbsinə dair məlumatları təkzib edib. Bu barədə bankın məlumatında qeyd olunur.
“Bir sıra KİV-in yaydığı məlumatlar həqiqətə uyğun deyil. Bankın heç bir rəhbər işçisi, sıravi əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən dindirilməyib, saxlanılmayıb və həbs edilməyib”, - deyə məlumatda deyilir.
Bank “bu cür qərəzli məlumatların yayılmasını” pisləyir.
“Bank bu növ qərəzli məlumatların onun imicinə xələl gətirməklə, ictimaiyyətdə mənfi fikirlər formalaşdırmasının mümkünlüyünü nəzərə alaraq, qanun çərçivəsində addım atacağını bildirir”, - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, KİV-də bankın İdarə Heyətinin sədri Rövşən İsmayılovun saxlanılmasına dair məlumat yayılıb.
“Bank Technique” (əvvəllər “Texnikabank”) ASC 1994-cü ildə yaradılıb və respublikada aparıcı bankların onluğuna daxildir.
A.Axundov