Macarıstanın baş naziri Viktor Orban ötən həftə Riqada keçirilmiş “Şərq Tərəfdaşlığı” sammitində Azərbaycana bu proqrama üzv olan dövlətlərdən ayrıca nəzər salmağı təklif edib.
Macarıstan KİV-lərinin çərşənbə axşamı verdiyi məlumata görə, belə yanaşma qısa müddət ərzində respublika ilə energetika sahəsində strateji əməkdaşlıq haqqında saziş imzalamağa imkan verəcək.
V.Orban Azərbaycanı “yaxın gələcəkdə qaz almaq üçün Rusiya mənbəyinə alternativ mənbə təqdim edən əsas ölkə və yeganə dövlət” adlandırıb.
F.Hüseynzadə