İyunun 3-də Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında qeyd edilir.
Biznes forum Avstriyanın elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qierlinqerin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçiriləcək.
Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15 Avstriya şirkəti iştirak edəcək.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
A.Əzizov