SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi Cəlilabad rayonunun Hasıllı, Hacıismayıllı və Seyidbazar kəndlərini qazlaşdırıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
188 abonenti olan Seyidbazar kəndinin qazlaşdırılması üçün 16,126 min metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 188 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
83 abonenti olan Hasıllı kəndinin qazlaşdırılması məqsədilə 5,19 min metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 83 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
70 abonenti olan Hacıismayıllı kəndinin qazlaşdırılması üçün 4,331 min metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 70 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
N.Abbasova