Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Mərdəkan qəsəbəsində “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak edib. Bu barədə AzTV dövlət kanalı məlumat verir.
“Dalğa Beach-Aqua Park”ın ümumi sahəsi 68 min kvadratmetrdir. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda qonaqlar süni dalğalar vasitəsilə sörfinqlə məşğul ola biləcəklər. İstirahət edənlərə xidmətin ən müasir səviyyədə təşkili üçün kompleksdə çoxlu sayda restoran və xidmət obyektləri, disko-klub inşa edilib. Bundan başqa, istirahət mərkəzində 26 min kvadratmetr sahəsi olan çimərlik zonası və su atraksionları da var.
F.Hüseynzadə