Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovperspektivdə respublikanın Avrasiya İqtisadi Birliyinə daxil olma mümkünlüyünü istisna etmir, lakin bu, Qarabağ münaqişəsi həll olunduqdan sonra mümkündür.
“Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı bu ölkə ilə vahid ittifaqda olmağa imkan vermir. Əgər Ermənistan öz qoşunlarını çıxararsa, sərhədlər açılarsa, vəziyyət normallaşarsa, Ermənistan və Azərbaycan arasında iqtisadi münasibətlər yaranarsa, ondasabah nə baş verəcəyini heç kim deyə bilməz. Necə deyirlər, “heç vaxt heç vaxt demə”, - deyə E.Məmmədyarov "Rossiya-24" telekanalına müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, Bakı xarici siyasətini milli maraqlarına əsaslanaraq yürüdür.
“Azərbaycan xarici doktrinasını ölkənin milli maraqlarına əsaslanaraq nəzərdən keçirir. Ölkənin müstəqilliyinin, suverenliyinin möhkəmlənməsinə, iqtisadi, siyasi və humanitar inkişafına yardım edən, yəni ölkənin milli maraqlarını əks etdirən müvafiq addımlar xarici siyasi sahədə də həyata keçirilir”, - deyə o qeyd edib.
F.İsazadə