Dağıstanın hüquq mühafizə orqanlarının əməkdaşları Kurax rayonu ərazisində meşə massivində bandit dəstəsinin iki üzvünü zərərsizləşdiriblər. Bu barədə “İnterfaks-Cənub” agentliyinə respublikanın hüquq mühafizə orqanlarından məlumat verilib.
“Moskva vaxtı ilə saat 3:00-da iki naməlum şəxs federal qüvvələrin Dağıstanın Kurax rayonu ərazisində meşə massivində əməliyyat-axtarış tədbirləri həyata keçirən əməkdaşlarına atəş açıb. Hər iki bandit cavab atəşi ilə öldürülüb”,- deyə agentliyə bildirilib.
Onun sözlərinə görə, hazırda öldürülən şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür. Ərazi mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb.