Polşanın yeni seçilmiş prezidenti Andjey Duda çərşənbə günü Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşə bilməyəcək. Bu barədə Polşa Mətbuat Agentliyi məlumat verir
Məlumata əsasən, yeni seçilmiş prezident gərgin iş qrafiki ilə əlaqədar P.Poroşenko ilə planlaşdırılan görüşə gələ bilməyəcək.
Daha əvvəl Polşa mətbuatı məlumat vermişdi ki, çərşənbə günü P.Poroşenko Polşa prezidenti Bronislav Komorovski və bu ölkənin yeni seçilmiş prezidenti A.Duda ilə görüşəcək.