Ukraynanın Bakıdakı səfirliyinin və Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanovun dəstəyi ilə mayın 25-26-da Sumsk vilayətininqubernatoru Nikolay Kloçkonun Azərbaycana işgüzar səfəri təşkil edilib.
Ukrayna səfirliyinin mətbuat xidmətinin məlumatına əsasən, səfər çərçivəsində N.Kloçkonun Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovla görüşləri keçirilib.
“Bu səfər Azərbaycanla Sumsk vilayəti arasında əməkdaşlığın yeni inkişaf istiqamətlərini açır. Neft-qaz sahəsinə yönəlmiş maşınqayırma kompleksi, kənd təsərrüfatı sahəsində böyük əməkdaşlıq potensialı var”,- deyə səfirliyin məlumatında bildirilir.
F.Hüseynzadə