Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 27-nə manatın dollara nisbətən rəsmi məzənnəsini mayın 26-da qeydə alınmış 1,0495 manat/$1 səviyyəsinə qarşı 1,0498 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0286% ucuzlaşıb.
AMB mayın 27-nə manatın avroya nisbətən rəsmi məzənnəsini mayın 26-da qeydə alınmış 1,1485 manat/1EUR səviyyəsinə qarşı 1,1423 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,5398% möhkəmlənib.
Mayın 27-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi mayın 26-da qeydə alınmış 0,0210 manat/1RUR səviyyəsinə qarşı 0,0206 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 1,9047% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov