Fransa Bakıda Fransa-Azərbaycan Universiteti və xəstəxana yaratmağı planlaşdırır. Bu barədə Fransanın Bakıdakısəfiri Paskal Mönye AzərbaycanTibb Universitetinin (ATU)rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanovla görüşü zamanı bəyan edib.
Diplomat iki dövlət arasında siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə formalaşan əlaqələri yüksək qiymətləndirib.
“Bizim bir layihəmiz də var. Fransa-Azərbaycan Universitetinin yaradılmasını nəzərdə tutmuşuq. Bir neçə həftədən sonra Azərbaycan tərəfi layihədəpilot universitet kimi hansı ali təhsil ocağının iştirak edəcəyini müəyyənləşdirəcək. Eyni zamanda, Azərbaycanda fransız xəstəxanası yaratmağı düşünürük", - deyə P.Mönye bildirib.
Öz növbəsində Ə.Əmiraslanov iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını qeyd edib.
"Fransanın bir neçə universiteti ilə sıx əlaqəmiz var və bu, ali təhsil ocaqları ilə əməkdaşlığımızıhəm kəmiyyət, həm də keyfiyyət nöqteyi-nəzərindən genişləndirməkdə maraqlıyıq", - deyə o vurğulayıb.
Ə.Əmiraslanov diplomata məlumat verib ki, ATU respublikada həkim və əczaçılıq sahəsində mütəxəssis hazırlayan yeganə ali təhsil müəsissəsidir.
"Universitetə ildə təxminən 1 min tələbə qəbul edilir. Hazırda 7 minə yaxın tələbə oxuyur. Avropa universitetləri ilə müqayisədə böyük olmasa da, bütövlükdə Azərbaycanın aparıcı ali ocaqlarından biridir”, - deyə o bildirib.
Görüşdə iştirak edən Fransanın "Opere Singulari" şirkətinin prezidenti Rim Sabbah,vitse-prezdenti Pyer Erbo şirkət haqqında ətraflı məlumat veriblər.R.Sabbah bildirib ki, rəhbərlik etdiyi şirkət təkcə tibb sahəsində deyil, başqa sahələrdə də geniş imkanlara malikdir. O,gələcəkdə Azərbaycan Tibb Universiteti ilə əlaqələri genişləndirəcəklərini qeyd edib.
R.Babayev