Avropa İttifaqı Azərbaycanla əlaqələrin genişləndirilməsi istiqamətində çalışmaq niyətindədir. Bu barədə Avropa İttifaqının Bakı ofisinin rəhbəri Malena Mard bəyan edib.
“Biz Azərbaycan tərəfindən təklif almışıq. Bakı ilə əməkdaşlığımızın genişlənməsi məqsədilə onun üzərində işləyəcəyik”, - deyə M.Mard “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Diplomat qeyd edib ki, Aİ Azərbaycanla qarşılıqlı münasibətlərə mühüm əhəmiyyət verir.
F.İsazadə