22-26 iyun tarixlərində Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının gündəliyinə Azərbaycanda demokratik institutların fəaliyyətinə dair hesabat daxil ediləcək. Bu barədə AŞPA-nın saytında məlumat verilir.
Müvafiq bənd 23 iyun tarixində keçiriləcək sessiyanın gündəliyinə daxil edilib.
Bundan başqa, AŞPA deputatları iyunun 7-də Türkiyədə keçiriləcək parlament seçkilərinin yekunlarını, Rusiya nümayəndə heyətinin Assambleyada səlahiyyətlərini, KİV-in inkişafı ilə bağlı problemləri, kiberterrorçuluqla mübarizə və digər məsələləri müzakirə edəcəklər.
R.Babayev