Qazaxıstan prezidenti Nursultan Nazarbayev hesab edir ki, MDB və Avrasiya İqtisadi İttifaqı yaxşı perspektivlərə malikdir.
“Mən hər zaman demişəm və indi də hesab edirəm ki, MDB çox yaxşı potensiala malikdir. Çoxtərəfli və ikitərəfli danışıqlar öz-özlüyündə böyük dəyərə malikdir, indi hamımızın qlobal iqtisadi böhran yaşadığımız, ayrı-ayrı ölkələrin ixrac mallarının qiymətlərinin azaldığı bir vaxtda bütün bunlar birgə iş və kooperasiya tələb edir”, - deyə N.Nazarbayev Qazaxıstanda MDB hökumət başçıları ilə görüş zamanı bildirib.
N.Nazarbayev qeyd edib kı, inteqrasiyanın alternativləri yoxdur.
Onun sözlərinə görə, “bugünkü çətinliklərə baxmayaraq, Avrasiya İqtisadi İttifaqının böyük gələcəyi var”.