Milli Məclisin cümə günü keçirilən plenar iclasında bir sıra beynəlxalq sənədlər təsdiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri parlamentin iclasından məlumat verir.
Parlament Türkiyə-Azərbaycan YüksəkSəviyyəli Strateji Əməkdaşlıq Şurasının2015-ci il yanvarın 15-də keçirilmiş dördüncü iclasının nəticələri haqqında birgə bəyannaməni təsdiq edib.
Bundan başqa, Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməni təsdiq edilib.
Milli Məclis Azərbaycan və Pakistan arasında məhbusların mübadiləsi haqqında sazişi də təsdiq edib.
A.Axundov