Bu gün Göygölün 44 orta məktəbində son zəng çalınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Bu il 737 nəfər 11-ci sinifi bitirir. Bu məzunlar sınaq imtahanlarında yaxşı nəticələr əldə ediblər. Əvvəlki illərlə müqayisədə ali məktəbə qəbul olanların sayının artacağına ümid edirik”, – deyə Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev bildirib.
Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində olan 46 orta ümumtəhsil məktəbindən 29-da da bu gün son zəng tədbirləri keçirilib, 17 məktəbdə isə son zəng sabah çalınacaq.
“Bu il 2501 nəfər 11-ci sinfi, 2984 nəfər isə 9-cu sinfi bitirərək məzun adını qazanır. Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən, son zəng tədbirləri məktəb daxilində keçirilməklə 4 saat davam edib”, – deyə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov bildirib.
F.Mehdiyev