Yanvar-aprel aylarında əlilliyi olan şəxslər ümumilikdə 9590 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla, o cümlədən 491 nəfər əlil arabası ilə təmin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Hesabat dövründə ƏƏSMN Bakı Protez-Ortopedik Bərpa Mərkəzi və onun onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərin eyni zamanda 269 ədəd aşağı ətraf və 37 ədəd yuxarı ətraf protezləri, 129 ədəd ortez-korset, 51 ədəd döş protezi, 781 cüt ortopedik ayaqqabı, 137 ədəd eşitmə aparatı, 7069 yardımçı məmulat və s. ilə təminatı həyata keçirilib.
Həmçinin əlilliyi olan şəxslərə məxsus 217 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə verilib.
Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında son 4 ayda 190 nəfər əlilliyi olan şəxsə protezləşməyə hazırlanma və protezlə hərəkət edilmənin öyrədilməsi ilə bağlı müvafiq xidmətlər göstərilib.
R. Babayev