Cümə günü Milli Məclisin yaz sessiyası başa çatıb.
Parlamentin spikeri Oqtay Əsədovun sözlərinə görə, Milli Məclis yaz sessiyasında 10 iclas keçirib, 134 qanun və qərar qəbul edib.
“Yaz sessiyası dövründə 165 millət vəkilindən ibarət 70-ə yaxın nümayəndə heyəti müxtəlif ölkələrdə səfərdə olub. Bundan başqa, parlamentdə müxtəlif ölkə və beynəlxalq təşkilatlardan 350 nəfərlik 50-dən çox nümayəndə heyəti qəbul edilib”, - deyə o bildirib.
O.Əsədov iyun ayında Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarına uğurlar arzulayıb.
A.Axundov