Şəkidə taxıl biçininə 100-ə yaxın kombayn cəlb ediləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Bunun 60-ı son illər lizinq yolu ilə əldə olunmuş vəya “Aqroservis”filialına məxsusolan yeni texnikalardır.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, biçinin vaxtında və tez başa çatdırılması bu texnikaların hazırlığından birbaşa asılıdır. Ona görə də hazırdafermer təsərrüfatlarında qızğın iş gedir.
Fermerlərin sözlərinə görə, bu il sahələrdə bolməhsul var. Məhsulun itkisiz və vaxtında yığılması isə onların üzərinə əlavə məsuliyyət qoyur.
Qeyd edək ki, hazırda Şəkidə 61 min hektar taxıl sahəsi var. Sahələrdəməhsul bol olduğundan rayondakı texnikalar hesabına biçini vaxtında yekunlaşdırmaq çətinləşə bilər.
Ehtiyac yaranarsa, digər rayonlardan əlavə kombaynların cəlb edilməsi gözlənilir.Kombaynlardan başqa, biçin dövründə Şəkidə 200-dən çox taxıl daşımaq üçün texnika, 5 yanğınsöndürən, 8 sudaşıyan avtomobil və şum traktorlarının da xidmətlərindən istifadə olunacaq.
İ.Əhmədov