Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri Bakıda birgə tədbir keçirəcəklər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Belə ki, bazar ertəsi Bakıda iyunun 4-dək davam edəcək Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin əməkdaşlıq iclası öz işinə başlayır.
Bundan başqa, nazirliyin nümayəndələri iyunun 1-dən 5-dək Sarayevo şəhərində (Bosniya və Herseqovina) “NATO-nun regional kollektiv təlimi-2016”nın planlaşdırılması üzrə birinci işçi görüşü, iyunun 1-dən 12-dək Budapeşt şəhərində (Macarıstan) qərargah zabitləri üçün hərbi terminologiya kursunda iştirak edəcəklər.
F.İsazadə