Prezident İlham Əliyev iyunun 1-də ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Respublikası baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç ilə Azərbaycan-ATƏT əməkdaşlığının perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini müzakirə edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi, təmas xəttində baş verən hadisələr, problemin həllinin uzadılması, münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olması və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
R.Babayev