“VTB Bank (Azerbaijan)” ASC Bakıda iki yeni filial açmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Bank paytaxtda açılacaq «Elmlər» və «Gənclik» filiallarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar tender elan edib”, - deyə məlumatda qeyd edilir.
İştirakçılar tərəfindən təkliflər 16 iyun 2015-ci il tarixinə qədər təqdim olunmalıdır.
Hazırda bank 14 filial və baş ofis nəzdində Müştəri Xidmətləri İdarəsinə malikdir.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Axundov