SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ilin yanvar-may aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 678,046 min ton neft yola salıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 60% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2015-ci ilin may ayında ARDNŞ Novorossiysk limanından 169,559 min ton neft yola salıb.
Şirkətin məlumatına görə, may ayında dünya bazarlarında “Brent” markalı neftin bir barelinin orta qiyməti $64,32, “Urals” markalı neftin bir barelinin qiyməti$64,32, “BTC FOB Ceyhan” markalı neftin qiyməti $65,16 təşkil edib.
Xəbər verildiyi kimi, SOCAR və Rusiyanın "Transneft" şirkəti Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqli haqqında müqaviləni 2015-ci ilin sonuna kimi uzadıb.
2014-cü ildə SOCAR Novorossiysk limanından 932,155 min ton neft yola salıb.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.
N.Abbasova