SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ilin yanvar-may aylarında dünya bazarlarına 584,319 min ton neft məhsulu ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 42% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
İxracın strukturunda 480,632 min ton dizel yanacağı, 103,509 min ton aviasiya yanacağı, 178 ton soba mazutunun payına düşüb.
2015-ci ilin may ayında SOCAR 109,354 min ton neft məhsulu, o cümlədən 93,491 min ton dizel yanacağı və 15,863 min ton aviasiya yanacağı ixrac edib.
SOCAR-ın məlumatına görə, may ayında dünya bazarında etilləşdirilməmiş benzinin qiyməti 1 ton üçün $669,34, təyyarə yanacağının qiyməti $596,71, dizel yanacağının qiyməti $593,68, 1% kükürdlü mazutun qiyməti $346,79 təşkil edib.
2014-cü ildə şirkət 1 mln. 199,543 min ton neft məhsulu ixrac edib.
2015-ci il yanvarın 1-dən Azərbaycanda bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı NEZ fəaliyyət göstərir.
N.Abbasova