Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 2-nə manatın dollara nisbətən rəsmi məzənnəsini iyunun 1-də qeydə alınmış 1,0494 manat/$1 səviyyəsinə qarşı 1,0496 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0190% ucuzlaşıb.
AMB iyunun 2-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyunun 1-də qeydə alınmış 1,1493 manat/1EUR səviyyəsinə qarşı 1,1470 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,2001% möhkəmlənib.
İyunun 2-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyunun1-də qeydə alınmış 0,0201 manat/1RUR səviyyəsinə qarşı 0,0196 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 2,4875% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov