SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ilin yanvar-may aylarında Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilən 1 mln. 185,88 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-may aylarında SOCAR Supsa limanından 1 mln. 210,535 min ton neft ixrac edib. Beləliklə, 2015-ci ilin yanvar-may ayları ərzində Supsa limanından ixracın həcmi 2,1% azalıb.
2015-ci ilin may ayında şirkət Supsa limanından 169,425 min ton neft ixrac edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə SOCAR Supsa limanından 2 mln. 957,39 min ton Azərbaycan nefti yola salıb.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.
N.Abbasova