Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsi sahəsində “Nikoil” investisiya-kommersiya bankı (İKB) ilə əməkdaşlığa başlayıb. Bu barədə mərkəzin məlumatında qeyd edilir.
“Nikoil” və Məlumat Hesablama Mərkəzi arasında müvafiq saziş imzalanıb”,- deyə məlumatda qeyd edilir.
Beləliklə, Məlumat Hesablama Mərkəzinin bu sahədə əməkdaşlıq qurduğu bankların ümumi sayı 17-yə çatıb.
Məlumat Hesablama Mərkəzi vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsi sahəsində artıq «Bank of Baku», «Unibank», “AccessBank”, “Muğanbank”, “Bank Respublika”, “Bank BTB”, “AGBank”, “Rabitəbank”, Azərbaycan Beynəlxalq Bankı, “Expressbank”, “Dəmirbank”, “NBC Bank”, “Əmrahbank”, “ Turan Bank”, “ Parabank” və “Bank Standard” ilə əməkdaşlıq edir.
Bu xidmət vətəndaşlara 7 dövlət qurumundan elektron qaydada arayış almağa imkan verir. Gələcəkdə vətəndaşa aid fərdi məlumat üzrə elektron arayışlar verən dövlət qurumlarının sayının artırılması planlaşdırılır.
“Nikoil” İKB Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın səhmdarları “Topaz Investment”, “Nikoil” SC, “Uralsib-İnvest” MMC və “ISR Holding”dir.
A.Əzizov