Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) xaricdə nümayəndəliklərin sayını 12-dək artırıb. Bu barədə ASK-nın baş katibinin müavini Fuad Hümbətov çərşənbə axşamı Bakıda Azərbaycan-Rusiya biznes forumunda bildirib.
“Bu yaxınlarda ASK-nın Çexiya və Macarıstanda nümayəndəlikləri fəaliyyətə başlayıb”, - deyə F.Hümbətov bildirib.
Onun sözlərinə görə, nümayəndəliklərin sayı 12-yə çatıb.
ASK 1999-cu ilin mart ayında təsis edilib.
A.Axundov