Kanadada fəaliyyət göstərən “İmpact Telecom (Startec)” telekommunikasiya şirkəti Dağlıq Qarabağ bölgəsini telefon zənglərinin çatdırıldığı məntəqələr sırasından çıxarıb. Bu barədə Azərbaycan XariciİşlərNazirliyinin mətbuat xidməti məlumat verib.
Bu, Azərbaycanın Kanadadakı səfirliyinin həmin şirkətə müraciətindən sonra mümkün olub. Səfirlik tərəfindən məsələ ilə əlaqədar rəsmi Bakınınnarahatlığı və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi faktı şirkətin nəzərinə çatdırılıb.
“İmpact Telecom (Startec)” şirkətinin cavab məktubunda Dağlıq Qarabağ bölgəsinin telefon zənglərinin çatdırıldığı məntəqələr sırasında göstərilməsi ilə əlaqədar təəssüf ifadə olunaraq, onun siyahıdan çıxarıldığı barədə məlumat verilib.
Məktubda vurğulanır ki, şirkət Azərbaycanın ərazi bütövlüyü və xalqı, Kanadada yaşayan azərbaycanlı diaspora və ya Azərbaycana zəng edən hər hansı şəxsə qarşı qərəzli mövqe tutmaqdan tamamilə kənardır.
Y.Əliyev