2015-ci il mayın 29-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $8 mlrd. 430,8 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2014-cü ilin sonuna AMB-nin valyuta ehtiyatları $13 mlrd. 758,3 mln. təşkil edib. Beləliklə, 2015-ci ilin yanvar-may aylarında bankın valyuta ehtiyatları 38,7% azalıb.
Bununla yanaşı, cari ilin may ayında AMB-nin valyuta ehtiyatları $42,9 mln. və ya 0,51% artıb.
Xəbər verildiyi kimi, AMB-nin valyuta ehtiyatları 9 aydır - 2014-cü ilin avqust ayından 2015-ci ilin aprel ayına qədər azalmaqda davam edir.
2014-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 2,78% azalıb.
A.Əzizov