Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov gələcəkdə Ermənistanın Suriyanı erməni xalqına qarşı soyqırım törətməkdə ittiham edəcəyi mümkünlüyünü qeyd edir.
"Yəqin ki, bir necə onillikdən sonra Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək”, - deyə N.Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
O, regionda uzunmüddətli geosiyasi proseslərin davam edəcəyini qeyd edir.
“Maraqlı odur ki, ermənilər başqa xalqların qoltuğu altında yaşamağı sevsələr də, zaman-zaman onları Azərbaycan ərazilərinə köçürürlər”, - deyəN.Məmmədov qeyd edib ki, “ermənilərin Suriyadan Ermənistana, oradan da Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi iki əsrdən çox həyata keçirilən məkrli prosesin davamıdır”.
R.Babayev