Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2015-ci ilin may ayında 2 mln. 482 min 470 kvadratmetr ərazi yoxlanılıb, 168 mina və partlamamış hərbi sursat (PHS) aşkar olunub. Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 115 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 287 mln. 183 min 462 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690 min 272 təşkil edir.
ANAMA mütəxəssisləri təmizləmə əməliyyatlarını Gəncə, Ağcabədi, Ağdam, Beyləqan, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Qazax, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirirlər.
May ayında respublika ərazisində mina/PHS hadisəsi qeydə alınmayıb.
R.Babayev