AZƏRBAYCAN-Moldovanın ölkəmizdəki səfiri İqor Bodiunun diplomatik fəaliyyəti dövründə Bakı və Kişinyov arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edib. Bu barədə prezident İlham Əliyev Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edərkən bəyan edib..
Azərbaycan-Moldova əlaqələrinin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə edən dövlət başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
F.İsazadə