2015-ci ilin aprel ayında Bakıda kirayə mənzil bazarında orta aylıq qiymət $596, mart ayı ilə müqayisədə azalma 2,1% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “MBA Group” konsaltinq şirkətindən məlumat verilib.
Aprel ayında mənzilin bir kvadratmetrinə görə kirayə haqqı $8,42 təşkil edib (mart ayı ilə müqayisədə azalma 4,54% olub).
“Hesabat ayında bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən aşağı olan mənzillər ümumi portfеlin 61,7%-ni təşkil edib”, - deyə şirkətdən qeyd ediblər.
Apreldə icarəyə verilən mənzillərin orta sahəsi 73,53 kv.m təşkil еdib.
Qeyd olunan aydakirayə yaşayış mənzil bazarı üzrə bağlanan əqdlərin sayı 10,4% azalıb.
A.Axundov