Azərbaycan Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın növbəti iclasının sentyabrda keçirilməsi təklif edilib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu ilə görüşdə iclasın həmin ayda keçirilməsini təklif edib.
Görüşdə tərəflər Azərbaycan və Rumıniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini qeyd ediblər.
Səfirin sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün imkanlar var.
D.K.Çiobanu deyib ki, Bakıda keçiriləcək I Avropa Oyunlarında Rumıniya 200-dən çox idmançı, eləcə də rəsmi şəxslərlə təmsil olunacaq.
A.Axundov