Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 4-nə manatın dollara nisbətən rəsmi məzənnəsini iyunun 3-də qeydə alınmış 1,0484 manat/$1 səviyyəsinə qarşı 1,0479 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0477% möhkəmlənib.
AMB iyunun 4-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyunun 3-də qeydə alınmış 1,1696 manat/1EUR səviyyəsinə qarşı 1,1808 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,9576% ucuzlaşıb.
İyunun 4-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyunun 3-də qeydə alınmış 0,0199 manat/1RUR səviyyəsinə qarşı 0,0193 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 3,0150% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov