2015-ci ilin yanvar-aprel aylarında “Mingəçevir Su Elektrik Stansiyası silsiləsi” 63,3 mln. kilovatsaat elektrik enerjisi istehsal edib. Bu barədə “Azərenerji” ASC-dən məlumat verilib.
Cari ilin aprel ayında elektrik enerjisi istehsalı 27,2 mln. kilovatsaat təşkil edib.
Məlumata əsasən, hazırda stansiyada yenidənqurma işləri davam etdirilir.
“Mingəçevir” SES silsiləsi 1954-cü ildə istifadəyə verilib. Silsiləyə “Mingəçevir” və “Varvara” SES-ləri daxildir.
A.Əzizov